Nepalda sərnişin təyyarəsi itib

24-02-2016, 13:10           

Nepal dağlarında kiçik sərnişin təyyarəsi itib.
teref.az xəbər verir ki, bu barədə “Sinyuxa” məlumat yayıb.
Havaya qalxdıqdan 18 dəqiqə sonra yerli vaxtla saat 7.50-də (Bakı vaxtı ilə 6.50) təyyarə ilə əlaqə kəsilib. “Tara Air” şirkətinə məxsus “Twin Otter” tipli təyyarə Pokxaradan Comsa uçuş reysi həyata keçirirmiş.
“Twin Otter” təyyarəsinin göyərtəsində 21 nəfər – 18 sərnişin və 3 heyət üzvü olub. Onların arasında Küveyt və Çin vətəndaşı olub.
Yerli məmurlar təyyarənin görümə imkanın pis olması üzündən dağlarda qəzaya uğradığını ehtimal edirlər. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təyyarənin axtarışı davam etdirilir. Axtarışa helikopterlər cəlb edilib, - “Associated Press” məlumat yayıb. ///oxu.az///












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru