ABŞ gündəmini silkələyən xəbər: Donald Trampın oğlu gizli evləndi
Bu gün, 12:54
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. model Bettina Anderson ilə gizli şəkildə evlənib.
Bu barədə "People" nikah sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, toy mərasimi Florida ştatının Uest-Palm-Biç şəhərində Bettina Andersonun bacısı Kristinanın evində keçirilib. Mərasimi Kristinanın həyat yoldaşı, daşınmaz əmlak üzrə hüquqşünas Bredli Makferson idarə edib.
Bildirilib ki, nikah iki gün əvvəl rəsmiləşdirilib.
Donald Tramp bundan əvvəl dövlət işləri səbəbindən oğlunun toyunda iştirak edə bilməyəcəyini açıqlayıb. O, Vaşinqtonda qalmasının vacib olduğunu bildirib və oğlunu təbrik edib.
Qeyd edək ki, Donald Tramp Jr. 2018-ci ildə model Vanessa Heydendən boşanıb. Cütlüyün beş övladı var.