ABŞ-ın dünyanı alt-üst edən sirli siması KƏRKÜKƏ GƏLDİ - Kürdlərlə GİZLİ TOPLANTI

25-09-2017, 21:49           

Bu gün Şimali İraqda Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumundan bir neçə gün öncə Kərkükdə gizli toplantı keçirildiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, “Milliyet” qəzetinin yazarı Özay Şendir gizli toplantının Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində keçirildiyini yazıb.

Yazar qeyd edir ki, sirli toplantıya ABŞ-dan Peter Qalbrayt da qatılıb.


“Qalbrayt ABŞ-ın Kürdüstanda ilk səfiri olacaq. Əslində o, ilk olmağa vərdiş edib. Yuqoslaviya dağılandan sonra Xorvatiyada işlədi, daha sonra Əfqanıstana qədər gedib çıxdı. Bu şəxs Norveçin neft şirkətini Şimali İraqda neft tədqiqatına başlamağa razı salıb. PKK lideri Öcalanın Romada olduğu günlərdə CİA ilə onun arasında danışıqlar aparmaq üçün İtaliyaya gedən iki şəxsdən biri də Qalbrayt idi. 2007-ci ildə “İraqın sonu” kitabını yazandan bəri kürdlərin müstəqilliyini müdafiə edir. İyulda Konqresdə keçirilən “Kürdüstan ABŞ-ın strateji müttəfiqi” konfransının əsas mühazirəçisi idi”, - deyə yazar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru