Dünyanı yeni qorxulu narkotik maddə cənginə alıb – İstifadəçilər zombiləşir – VİDEO

4-10-2017, 22:58           

“Flakka” adlı sintetik narkotik maddənin yayılması ilə bağlı bir çox ölkələr həyəcan təbili çalır.
Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, dünyada sürətlə yayılan bu uyuşdurucu maddə Alpha-PDP kimyəvi birləşməlidir. İri duz kristalına bənzəyən Flakka Türkiyəyə də gəlib çatıb. Daha ucuz satılan və asan əldə olunan həblərlə bağlı Türkiyə mətbuatı narkotik istifadəçilərinə, klub sahiblərinə, valideynlərə xəbərdarlıq edib. Bu maddəni qəbul edən insanın hərəkətləri zombini xatırladır, anlaqlı olmur və digərlərinə ziyan vurmağa meyilli olurlar. Sintetik uyuşdurucu insanda hallüsinasiyalar yaradır, başqalarına hücum və intihara meyil oyadır. Ürək, qan-damar və əzələ sistemi gərginləşir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru