“Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir” – Şoyqu

17-10-2017, 09:04           
“Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir” – Şoyqu
Suriyada həyata keçirilən antiterror əməliyyatı başa çatmaq üzrədir. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşdə bəyan edib.

“Suriyada əməliyyat başa çatmaq üzrədir. Hazırda təcili həllini və Suriyadakı vəziyyətin gələcək inkişafı perspektivinin müzakirəsini gözləyən bir neçə amil mövcuddur”, deyə S.Şoyqu bildirib.

Onun sözlərinə görə, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərindən əlavə, əsas məsələ terrorizmlə mübarizə və regiondakı vəziyyətdir. Rusiya müdafiə naziri həmkarına Yaxın Şərqdəki vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə etməyi təklif edib.

Qeyd edək ki, Sergey Şoyqu bu gün İsrailə səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru