Rusiya öz kriptovalyutasını buraxacaq

17-10-2017, 10:14           
Rusiya öz kriptovalyutasını buraxacaq
Rusiya öz kriptovalyutasını – kriptorublu buraxacaq.
“Investing.com” xəbər verir ki, bu açıqlama ilə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Moskva paytaxt klubunun qapalı iclasında çıxış edib.
Nazirin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsüdür.
N.Nikiforov bildirib ki, Rusiya kriptovalyutası ən tez zamanda yaradılmalıdır: “İnamla bildirirəm ki, kriptorubl yaradılacaq. Bir səbəbi açıqlaya bilərəm ki, biz bunu tez bir zamanda etməsək, 2 aydan sonra bunu bizim Avrasiya İqtisadi Birliyindən olan qonşularımız edəcək”.
Nazir əlavə edib ki, kriptorublun alqı-satqısından əldə olunan gəlirdən 13% vergi tutulacaq. Həmçinin, əgər kriptorubl sahibi onu haradan əldə etdiyini açıqlaya bilməsə, rubla çevirdikdə ümumi həcmin 13%-i qədər vergi ödəyəcək. Kriptorublun yaradılması bitkoin və s. kriptovalyutaların leqallaşması mənasını daşımayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru