Paytaxtda dəhşətli hadisə: ölənlər və yaralananlar var

28-10-2018, 11:25           
Paytaxtda dəhşətli hadisə: ölənlər və yaralananlar var
Belarusun Minsk şəhərində iki minik avtomobili toqquşub.

"BELTA" agentliyinin verdiyi məlumata görə, "Mazda" və "Volksvagen" minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Səhiyyə nazirliyinin mətbuat katibi Yuliya Borodunun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq olub.

İlkin məlumata əsasən, qəza "Mazda" avtomobilinin hərəkətin qarşə istiqamətinə çıxması səbəbindən baş verib. Qəzayla bağlı araşdırma aparılır.(Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru