Rusiya ilin əvvəlindən neft hasilatını 1,4 faiz artırıb

3-12-2018, 07:05           
Rusiya ilin əvvəlindən neft hasilatını 1,4 faiz artırıb
Rusiya cari ilin yanvar-noyabr ayları ərzində 507,37 milyon ton neft və qaz kondensatı hasil edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Bildirilir ki, Rusiya yataqlarında sutka ərzində 11,13 milyon barel neft hasil olunur.

Təkcə noyabrda hasilat 3,9 faiz artıb (ildən ilə) və 46,53 mln ton təşkil edir.

Bundan əvvəl OPEC 2019-cu ildə neft hasilatını sutkada 1,3 mln. barel azaltmağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru