İsgəndər Həmidov xəstəxanadan çıxdı

5-12-2018, 16:34           
İsgəndər Həmidov xəstəxanadan çıxdı
Xəbər verildiyi kimi, dünən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemlər səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər İ. Həmidovun “anju” olunacağını bildirmiş, müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklərini demişdilər.

Bu gün verilən məlumata görə, İsgəndər Həmidov artıq xəstəxanadan çıxıb. Sabiq nazirin səhhəti barədə sosial şəbəkədə status yazan jurnalist Əvəz Zeynallı bildirib ki, İsgəndər Həmidovun səhhəti yaxşıdır: "Əsas olan odur ki, İsgəndər bəy artıq bütün bəlaların əsas səbəbkarlarından biri olan siqareti buraxdı. Biryolluq həm də...".

İsgəndər Məcid oğlu Həmidov 1948-ci il oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər daxili işlər naziri vəzifəsində çalışıb.
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru