Ukrayna Ali Radası dəniz mühafizəsinə xəbərdarlıq etmədən atəş açmağa icazə verib

7-12-2018, 07:43           
Ukrayna Ali Radası dəniz mühafizəsinə xəbərdarlıq etmədən atəş açmağa icazə verib
Ukrayna Ali Radası bu ölkənin Dövlət Sərhəd Xidmətinin Dəniz Mühafizəsinin gəmilərinə xəbərdarlıq edilmədən silah tətbiq etməyə icazə verib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, müvafiq sənəddə qeyd edilir ki, silahlı basqın, münaqişələrin dayandırılması və təxribat, həmçinin Ukrayna gəmilərinə hücumların qarşısını almaq məqsədilə xəbərdarlıq edilmədən silah tətbiq edilə bilər.

Bundan əlavə, sərhədçilər xəbərdarlıq atəşindən sonra Ukrayna qanunvericiliyini pozmuş gəmilərin tutulması məqsədilə də silah tətbiq etmək hüququ əldə ediblər.

Xəbərdarlıq atəşlərindən istifadə həmçinin düşmən gəmilərinin isti izlərlə təqib edilməsi zamanı və gəmilər gizlənməyə çalışarkən mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru