Cənubi Koreyada sürət qatarı relsdən çıxıb, 14 yaralı var

8-12-2018, 08:21           
Cənubi Koreyada sürət qatarı relsdən çıxıb, 14 yaralı var
Cənubi Koreyada sürət qatarının relsdən çıxması nəticəsində 14 nəfər xəsarət alıb.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, ölkənin Kannın şəhərində paytaxt Seul istiqamətində hərəkətdə olan qatar yola düşdükdən 5 dəqiqə sonra qəzaya uğrayıb.

Qatarda 198 sərnişin olub. Bildirilir ki, qatarın demək olar ki, 10 vaqonunun hamısı relsdən çıxıb. Hadisənin səbəbləri məlum deyil.

Xəsarət alan şəxslər yüngül zədələrlə xəstəxanalara yerləşdiriliblər. Yerdə qalan sərnişinlər avtobuslarla digər stansiyalara aparılıblar.

Bundan əvvəl Missisipidə qatarla furqon toqquşub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru