Sakit Okeanın dibində Yerdə olmayan texnikanın izi tapılıb

9-09-2018, 09:04           
Sakit Okeanın dibində Yerdə olmayan texnikanın izi tapılıb
Sakit Okeanın dibində, dörd kilometr dərinlikdə, Meksika və Havay adaları arasındakı ərazidə qəribə izlər tapılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, izlər təxminən iki metr yarım uzunluğunda və 30 santimetr dərinlikdə olan işarələrdən ibarətdir.

"Express.Co" portalı bildirib ki, izləri dərində çalışan robotun köməyi ilə tapmaq mümkün olub. İzləri Britaniyanın Sautqemptondakı Milli Okeanoqrafiya Mərkəzinin alimləri aşkar ediblər.

Alimlər bildiriblər ki, həmin əlamətlərdə qəribəlik var. Onların heç biri texnikanın, dəniz heyvanlarının (çünki işarələr çox böyükdür -red) izləri deyil. Çünki bu ərazidə heç elmi əməliyyat aparılmayıb.

Bəziləri hətta izlərin yadplanetlilərə məxsus olduğunu güman edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru