Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO

19-09-2018, 21:22           
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Ukraynada bir qadın müxbir canlı yayım zamanı qəzəbli qrupun hücumuna məruz qalıb.

Moderator.az xəbər verir ki, Ukraynada “Newsone” televiziya kanalında çalışan müxbir Darina Bileranın üzərinə yumurta atılıb və gənc qadın yayımın sonunda yumruq zərbəsi alıb. Qadın müxbir bütün bunlara baxmayaraq yayıma davam etməyə çalışıb.

Kiyev prokurorluğunun qarşısında baş verən hadisəyə polisin kifayət qədər müdaxilə etməməsi diqqət çəkib. Müxbirə şiddət tətbiq edən şəxslərin Ukraynanın şərqində Rus qüvvələri ilə döyüşən Teymur Tumgoevin Rusiyaya ekstradisiya edilməsinə qarşı çıxanlar olduğu bildirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru