Amerikada atışma nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

21-09-2018, 07:17           
Amerikada atışma nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb
Cümə axşamı ABŞ-ın Merilend ştatının Aberdin şəhəri ətrafında baş verən silahlı insident nəticəsində azı 4 nəfər ölüb, daha 3-ü isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Harford dairəsinin şerifi Cefri Qeler məlumat verib.

"Yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb. Onlardan üçünün sağ qalacağı gözlənilir. İki nəfər hadisə yerində, daha biri isə xəstəxanada ölüb", - deyə o bildirib.

Şerif əlavə edib ki, şübhəli qadın güllə yarasından ölüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru