"Bakı İslam Universiteti fəaliyyətini davam etdirir, sadəcə... " - Universitetdən təkzib

24-09-2018, 16:51           
"Bakı İslam Universiteti fəaliyyətini davam etdirir, sadəcə... " - Universitetdən təkzib

“Bakı İslam Universiteti fəaliyyətini davam etdirir”

Teref.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlaması zamanı Bakı İslam Universitetinin İctimai fənlər kafedrasının müdiri Elvin Talışınski deyib. Onun sözlərinə görə, universitet fəaliyyətini dayandırmayıb, sadəcə olaraq I kurslar başqa universitetlərə köçürülür:

"Universitetdə təhsil alan II, III və IV kurslarda hazırda dərslər davam etdirilir. Sadəcə olaraq I kurslar başqa universitetlərə köçürülür. Proses Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir”

Xatırladaq ki,təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında Bakı İslam Universitetin fəaliyyətini dayandırması ilə bağlı məlumat paylaşıb.

Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb. 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru