ŞOK QƏRAR: Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddəti LƏĞV EDİLİR

26-09-2018, 15:40           
ŞOK QƏRAR: Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddəti LƏĞV EDİLİR
Gömrük qanunvericiliyində ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulur.

Teref.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, ölkəni tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində geri qayıtmalıdır. Turizmin inkişafına dəstək olmaq üçün bu müddətin ləğv edilməsi ilə bağlı gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub və bu məsələ ilə bağlı hökumətə təklif göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru