Venesuela prezidenti BMT-dən ona qarşı sui-qəsd cəhdinin araşdırılmasını xahiş edib

27-09-2018, 07:11           
Venesuela prezidenti BMT-dən ona qarşı sui-qəsd cəhdinin araşdırılmasını xahiş edib
Venesuela prezidenti Nikolas Maduro BMT-dən avqustda ona qarşı törədilmiş sui-qəsd cəhdinin araşdırılması üçün beynəlxalq çərçivədə, müstəqil təhqiqatın təşkil edilməsini xahiş edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, bu təklifi BMT Baş Assambleyasında çıxışında irəli sürüb.

"Baş katibdən sui-qəsdlə bağlı təhqiqatın aparılması üçün xüsusi nümayəndənin təyin edilməsini xahiş edirəm. Venesuela buna açıqdır", - deyə o, Baş Assambleyadakı çıxışında deyib.

Venesuela prezidentinə qarşı sui-qəsd cəhdi avqustun 4-də, hərbi parad zamanı baş verib. Onun fikrincə, sui-qəsdçilərin hədəfi təkcə onun öldürülməsi yox, həm də ölkədəki sülhün pozulması olub. Hadisə ilə bağlı 28 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru