Yol keçən 3 məktəblinin maşınla vurulduğu an – VİDEO

2-10-2018, 21:37           
Yol keçən 3 məktəblinin maşınla vurulduğu an – VİDEO
Məktəblilər özləri də ətrafa baxmadığı üçün yaxınlaşan təhlükəni görməyiblər
Rusiyanın Xabarovsk şəhərində şagirdlər yolu keçən zaman onları avtomobil vurub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisənin görüntüləri sürücülərdən birinin maşınındakı videoqeydiyyat qurğusuna düşüb.

Qəza oktyabrın 2-də səhər saatlarında baş verib. Videodan görünür ki, sürücü piyada keçidindən keçən uşaqları görmür. Çünki o, piyada keçidi qarşısında əyləci sıxmağa da cəhd etmir. Məktəblilər özləri də ətrafa baxmadığı üçün yaxınlaşan təhlükəni görməyiblər.

Zərbənin təsirindən uşaqlar olduqları yerdən bir neçə metr kənara düşüblər. Onlardan yalnız biri ayağa qalxıb. İki məktəbli xəstəxanaya çatdırılıb. Onlardan biri reanimasiyaya yerləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru