Səudiyyə Ərəbistanında neft-kimya zavodunda yanğın baş verib

3-10-2018, 07:29           
Səudiyyə Ərəbistanında neft-kimya zavodunda yanğın baş verib
Səudiyyə Ərəbistanının qərbində yerləşən Yanbu-əl-Bəhr əyalətində "National Petrochemical Industrial Company" (NATPET) şirkətinə məxsus neft-kimya zavodunda baş vermiş yanğın nəticəsində azı 1 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü yerli mətbuata istinadən "Reuters" məlumat yayıb.

Yerli hökumət nümayəndəsi bildirib ki, vəziyyət nəzarət altındadır, yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

İlkin məlumata görə, yanğına istehsal prosesi zamanı texniki nasazlıq səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru