"Tesla" rekordu yenilədi

3-10-2018, 21:15           
"Tesla" rekordu yenilədi
"Tesla" elektrik avtomobillərin istehsalı üzrə rekordu yeniləyib.
"Kommersant.az" xəbər verir ki, şirkət 2018-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Məlum olub ki, "Tesla" "Model 3" seriyalı 53 min 239 avtomobil istehsal edib. Bu isə ikinci rüb ilə müqayisədə 2 dəfə çox göstəricidir. Qeyd edək ki, "Tesla" 50-55 min "Model 3" seriyalı elektrik avtomobilin istehsalını planlaşdırırdı.

Şirkət iyul-sentyabr üzrə ümumilikdə isə 83 min 500 elektrik avtomobil istehsal edib. Bu isə şirkətin mövcud olduğu tarix üzrə maksimum göstəricidir.

Xatırladaq ki, "Tesla"nın qurucusu İlon Mask şirkətin kvartal hesabatından əvvəl açıqlama verərək bildirmişdi ki, "Tesla"nın gəlirləri artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru