Avstraliyada ilk dəfə su ilanının sancdığı insan ölüb

7-10-2018, 10:18           
Avstraliyada ilk dəfə su ilanının sancdığı insan ölüb
Britaniyadan olan 23 yaşlı Harri Evans adlı gənc Avstraliya tarixində ilk dəfə olaraq dəniz ilanının qurbanı olub.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, oğlan Qrut-Aylend adası yaxınlığında balıqçı traulerində sudan tor çıxardan zaman ilan onu sancıb.

Mütəxəssislər təəssüflə qeyd edirlər ki, Harrinin ölümünə dəniz ilanının zəhəri deyil, gəminin sahildən uzaqda – qitənin şimal sahilindən 640 km aralıda olması səbəb olub. Ona vaxtında zəhər əleyhinə zərdab vurulsaydı, faciəvi sonluqdan qaçmaq olardı.

Dəniz ilanları zəhərli heyvanlar kateqoriyasına aiddirlər. Lakin mütəxəssislər hesab edirlər ki, onların sancdığı 10 insandan 7-si vaxtında tibbi yardım göstəriləcəyi təqdirdə sağ qalır. Dünyada 56 növ zəhərli ilan növü mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru