İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."

Bu gün, 11:39           
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı -
İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu ötən gün Təbrizdəki konsulumuz Ramil İmranovun qəzada ölümü ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, səfir bu haqda sosial şəbəkədə məlumat yayıb.

“İranda Azərbaycan Respublikasının konsulu, hörmətli Ramil Rza oğlu İmranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Bu ağır itkini onun ailəsinə, dostlarına və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm. Xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza Uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru