Xırdalandan şikayət: Mənzilimə ciddi ziyan dəyib….

Bu gün, 00:04           
Xırdalandan şikayət:
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 36 ünvanında yaşayan sakin qonşuluqda aparılan tikinti işlərindən şikayətçidir. Şikayətçinin iddiasına görə, onun evinə bitişik şəkildə yeni tikili inşa edilir və bu qanunsuz tikinti səbəbindən mənzilə ciddi ziyan dəyib. Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, hələ ki heç bir nəticənin əldə olunmadığını bildirir. Ev sahibi İlahə Əliyeva mövcud vəziyyətlə bağlı narahatlığını belə ifadə edib: “Bu ev 24 il əvvəl tikilib. Bir neçə il bundan qabaq evin digər tərəfində çoxmərtəbəli yaşayış binası tikdilər. O vaxt nə qədər aidiyyəti yerlərə müraciət etsək də, səsimizə səs verən olmadı. Həmin bina tikilənə qədər mən evin dam örtüyünü beş dəfə dəyişməli oldum. İndi isə üç günün içində evimin düz yanında bir metr belə məsafə saxlanılmadan bünövrə qazıblar. Qazıntı səbəbindən torpaqda sürətlə sürüşmə gedir”. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən vətəndaş Ceyhun Səfər oğlu Əliyevin ünvanladığı müraciətə baxılıb: “İcra Hakimiyyətinin nümayəndələri tərəfindən tikinti ərazisinə baxış keçirilən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi ara məsafəsinin saxlanıldığı müəyyən edilib”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru