Direktor dərslikləri şagirdlərə satır - Beyləqanda

9-11-2017, 11:25           
Direktor dərslikləri şagirdlərə satır - Beyləqanda
Beyləqanda Milli qəhrəman Namiq Allahverdiyev adına 1 saylı tam orta məktəbdə dərsliklər pulla satılır.

AzEuroNews.com-a verilən xəbərə görə, şagirdlərin valideynləri məktəbin direktoru Gülbəniz Cəfərovadan şikayətçidirlər.

Gülbəniz Cəfərova dərslik kitablarını şagirdlərə nağd pulla satdırır. Həmin dərslik kitablar məktəblərə Təhsil Nazirliyi tərəfindən pulsuz göndərilir, məktəblərdə isə şagirdlərə pulsuz paylanmalıdır.

Ancaq G.Cəfərova deyəsən nazirliyin göndərdiyi kitablarla varlanmaq həvəsinə düşüb. Direktorun bu tələbindən narazı qalan valideynlər nazirlikdən məktəbə komissiya ezam olunmasını xahiş edirlər.

Rayon təhsil şöbəsi rəhbərliyinin məktəb direktorunun qanunsuz tələbinə göz yumması və susqunluq nümayiş etdirməsi onun da biznesdə payının olması şübhələrinə yol açıb.

Mövzu ilə bağlı Gülbəniz Cəfərova ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru