Cahangir Əsgərov Dubayda biznes-jet alarkən: “Yaxşı yatağı var...” — VİDEO

13-11-2017, 16:54           
Cahangir Əsgərov Dubayda biznes-jet alarkən: “Yaxşı yatağı var...” — VİDEO
Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərovun “Boeing” şirkəti ilə rekord həcmdə -1.9 milyard dollarlıq müqavilə imzalanıb.
Müqaviləyə əsasən AZAL “Boeing” şirkətindən 5 “Boeing 787-8 Dreamliner” və iki “Boeing 747-8f”, yaxud “Boeing 777F” təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır.


Lakin Cahangir Əsgərov Dubayda təkcə “Boeing”in müasir sərnişin laynerlərini deyil, Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib.
Cahangir Əsgərov Dubayda biznes-jet alarkən:
"Ölkə.Az" xəbər verir ki, AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: “Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq”-Cahangir Əsgərov bildirib.


“Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. “Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik”-o bildirib.

Qeyd edək ki, “Sukhoi Superjet” təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru