Nazirin çıxardığı kadrla bağlı iddia - müavin olmaq istəyirmiş

16-11-2017, 16:33           
Nazirin çıxardığı kadrla bağlı iddia - müavin olmaq istəyirmiş
Xəbər verdiyimiz kimi, Azərbaycanın yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib. İşdən çıxarılanlardan biri də Enrergetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynovdur.

NUH.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Cəfər Hüseynov işində yol verdiyi nöqsanlara və maliyyə yeyintilərinə görə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində araşdırmalara başlandığı deyilir.

Digər məlumata görə, mərhum nazir Natiq Əliyevin kadrı kimi tanınan Cəfər Hüseynov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevlə yaxın münasibətlərini əsas gətirərək, son vaxtlar energetika nazirinin müavini vəzifəsinə də iddialı olub.

Qeyd edək ki, Cəfər Hüseynovun kiçik qardaşı Cahid Hüseynov isə hazırda “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifədə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru