Adil Vəliyevdən qeyri-adi qərar - VƏTƏNDAŞIN EVİNİN GİRİŞ QAPISINI BAĞLADI

17-11-2017, 14:14           
Adil Vəliyevdən qeyri-adi qərar - VƏTƏNDAŞIN EVİNİN GİRİŞ QAPISINI BAĞLADI
Sabunçu rayonu Əli Kərim küçəsində qəribə hadisə baş verib.
teref.az oxu.az-a istinadən xəbər verir ki, bu küçədə yaşayış binalarına İcra Hakimiyyəti tərəfindən üzlük daşları vurulub.
Ustalar burada yaşayan bir sakinin evinin girişini yarıya kimi bağlayıblar.
Ev sahibi İcra nümayəndələrindən niyə belə addım atdıqlarını soruşanda isə aldığı cavabdan şoka düşüb.
Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri həmin sakinə binanın giriş mənzərəsinin pozulduğunu və ona görə də qapını bağladıqlarını deyiblər.
Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın, buranı isə pəncərə kimi istifadə etsin.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru