Küçədə gecələyən Şuşa batalyonunun könüllüsü fəryad edir - VİDEO

25-11-2017, 16:00           
Küçədə gecələyən Şuşa batalyonunun könüllüsü fəryad edir - VİDEO
Havaların soyuq keçməsi ilə əlaqədar küçələrdə insanların sayı azalanda, yaşayış yeri olmayan kimsəsiz şəxslər daha çox gözə çarpırlar. Axşam saatlarında onların parkların və ya binaların künc-bucaqlarında özlərinə qalmaq üçün yerlər axtardıqlarını müşahidə edirik. Belə şəxslərdən biri də Həsənov Adil Bədəl oğludur.

Əməkdaşımız Adil Həsənovu "Azadlıq" metrostansiyasının çıxışındakı parkda, beton səkinin üzərində yatmış halda görüb.

Adil Həsənov evsizlikdən, övladını itrməsindən, aldadılmasından, Şuşa batalyonunda xidmət etməsindən, gözlərinin gedərək korlaşmasından, xanımının ölməsindən sonra Fatimə adlı qızını görə bilməmməsindən və.s çətinlilklərindən şikayətlənib:

"Oturmuş burada, ölümümü gözləyirəm. Heç nə istəmirəm, bir dənə daxma istəyirəm prezidentdən. Kimsəsizlər evindən dedilər ki, 60 yaşından sonra gələrsən, 60 yaşdan aşağı şəxsləri götürmürük. Yalvarıram, bir dənə qızım var, Fatimə. Onu mənə tapın, gətirin yanağından öpüm, canımı tapşırım Allaha (ağlayır - red). Mənim balam məni tapsın, mən qalmayım çöllərdə. 1992-93-cü ildə Şuşa könüllü batalyonunda döyüşmüşəm."

Küçədə gecələyən Adil Həsənovun ürək dağlayan sözlərini aşağıdakı videoda izləyin.
[media=https://www.youtube.com/watch?v=25h_W2XD_zk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru