"Müalicə üçün gəzmədiyimiz xəstəxana qalmayıb" - Müraciət

4-12-2017, 11:21           
"Müalicə üçün gəzmədiyimiz xəstəxana qalmayıb" - Müraciət
Kürdəmir rayon Garısəyribənd kənd sakini Sadıqova Mətanət Salman qızı Moderator.az-a ünvanladığı məktubunda birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyib.

Müraciətdə deyilir:

Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən Sadıqova Mətanən Salman qızı 1987-ci ildə Kürdəmir rayon Garısəyribənd kəndində anadan olmuşam. 2007-ci ildə öz kəndlim Sadıqov Şamo Həşim oğlu ilə ailə həyatı qurduq. 2008-ci ildə ilk övladımız dünyaya gəldi. Oğlumun dörd aylığında həkimlər aşkar etdilər ki, uşağın sol tərəfi iflicdir. Elə o vaxdan xəstəxanalardayıq. İkinci oğlum Məhəmmədin isə 7 yaşı var. Oğlum Sadıqov Həşimin sol tərəfi iflic olduğu üçün sol ayağı və əli işləmir. Müalicə üçün gəzmədiyimiz xəstəxana qalmayıb.

Hörmətli Mehriban xanım!

Oğlumun bütün işlərində ona mən kömək etməli oluram. Çünki tək əllə heç nə edə bilmir. Epilepsiya tutmaları var. Dərmanla yaşadıram onu. Dərmanlar da o qədər bahadır ki, hər ay 200 manat dərmanlarına pul veririk. Bunları da ancaq xaricdən gətiririk, bizdə tapılmır. Hal-hazırda oğlum “Medera” klinikasında qeydiyyatdadır. Həkim Ehtiram Alışanovun nəzarəti altında müalicə olunur. Bunun üçün isə maddi imkanımız yoxdur. Həyat yoldaşım sürücü işləyir və aldığı 450 manat əmək haqqı da ancaq uşağın dərmanlarına və müalicəsinə xərclənir.

Hörmətli Mehriban xanım!

Oğlumun danışığında da qüsur var. Bütün bunların həyata keçməsi üçün köməyinizə möhtacıq. Bircə arzum odur ki, oğlumun sol əli və ayağı işləsin. Özü özünün idarə etsə, bu mənim üçün bəsdi. Axı böyük uşaqdı hər dəfə mən ona kömək edəndə, uşaq da narahat olur. Sizdən bir ana kimi çox xahiş edirəm ki, oğlumun müalicə olunaraq sağlığına qovuşması üçün bizdən köməyinizi əsirgəməyəsiniz.

Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru