SOS – Uşaq poliklinikasını üfunət basıb – Video

6-01-2018, 18:35           
SOS – Uşaq poliklinikasını üfunət basıb – Video
Bu gün öz övladlarını müayinə üçün Bakının Nərimanov rayonu ərazisində yerləşən 14 saylı uşaq poliklinikasına aparan valideynlər orada acınacaqlı antisanitariya vəziyyəti ilə üzləşiblər. Valideynlərdən birinin Azinforum.az-a göndərdiyi videomaterialdan görünür ki, poliklinikanın ayaqyolusunu çirkab bassa da, tibb müəsissəsi fəaliyyətini dayandırmayıb. Müayinə üçün gələnlər həmin üfunəti iyləyə-iyləyə dəhlizlərdə həkim növbəsi gözləməli olublar. Bizə verilən məlumata görə, poliklinikadakı bu vəziyyət axşam saatlarına qədər aradan qaldırılmayıb. Azinforum.az olaraq yaranmış vəziyyətə aydınlıq gətirmək üçün sözügedən poliklinika ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, ayaqyolunda kanalizasiya tutulub: ” Hazırda su idarəsinin işçiləri problemi aradan qaldırmağa çalışırlar”.azinforum.az
[media=https://www.youtube.com/watch?v=Kq4khwdEO9o]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru