Şəmkirli "Polad Ələmdar" aradan çıxmaq istəyib - İDDİA

10-01-2018, 22:18           
Şəmkirli "Polad Ələmdar" aradan çıxmaq istəyib - İDDİA
Şəmkirin "Polad Ələmdar" ayamalı icra başçısı Alimpaşa Məmmədovdan xəbər var. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Fazil Məmmədovun Vergilər Naziri postundan alınmasından sonra Alimpaşa Məmmədov da çemodan əhvalında olub.

Mənbənin dia.az-a söylədikləri: "Keçən ayın sonuna yaxın rayondan və Azərbaycandan çıxıb. Sonradan onunla danışlıb və başa salınıb ki, Fazil Məmmədovun görəvdən alınması dünyanın sonu deyil. İşinə davam edə bilər. Nəhayətdə geri qayıdıb. Amma iynə üstündə oturub və nə zamansa hədəfə çevriləcəyi günü səbirizliklə göləyir".

Mənbə onu da əlavə edib ki, artıq indidən bəzi dairələr Alimpaşa Məmmədovun yerinə kadr hazırlama tədarükünə girişiblər: "Bu isə icra başçısının öz gümanlarında haqlı olmasından xəbər verir".

Məlumatlara görə, Alimpaşa Məmmədova hətta cinayət işi də açıla bilər: "Bu yöndə də iş gedir".

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru