Qalmaqallı məmurla bağlı yeni iddialar - Belə deyirlər..

16-01-2018, 10:34           
Qalmaqallı məmurla bağlı yeni iddialar - Belə deyirlər..
Qızına 400 min dollarlıq toy etməsi xəbəri ilə gündəmə gələn Bakı Lift İdrəsinin direktoru, oliqarx Qüdrət Şükürovla bağlı Bizimxeber.az-a maraqlı məlumatlar daxil olub. Belə ki, bir müddət əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Q.Şükürov Gümüş Plazadakı dəyəri 1.8 milyon olan 2 mənzili satıb. Hətta o da deyilirdi ki, mənzillərdən başqa Şükürov bir neçə bahalı avtomobilini də satıb.

Gümüş Plazada çalışan şəxslərdən birinin Bizimxeber.az-a verdiyi məlumata görə, Qüdrət Şükürov “Gümüş Plaza”dakı 10-cu mərtəbədə yerləşən 2 yanaşı mənzilləri heç də satmayıb. Dənizə panaramsı olan bu super mənzillərin hazırkı qiyməti 3 milyon dollar təşkil edir.

Sadəcə izi yayındırmaq üçün özləri belə məlumat yayıblar. Mənbə bildirir ki, hazırda Q.Şükürov bütün pulunu bu mənzillərin təmirinə yönəldib. Mənzillərdə son tamamlama işlərinin getdiyini bildirən mənbə deyir ki, təmir işlərinə şəxsən Şükürov özü nəzarət edir.

Həmçinin Şükürovun Buzovnada bu mənzillərdən iki dəfə bahalı olan daha bir villası və Xətai metrosu yaxnlığında dəyəri 100 minlərlə ölçülən qadın gözəllik salonu və saunası var. Yaxın günlərdə daha ətraflı məlumatla olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru