Kəlbəcərin kəndində Rusiyanın “Yunibank”ının filialı?.. - FOTO

24-01-2018, 10:12           
Kəlbəcərin kəndində Rusiyanın “Yunibank”ının filialı?.. - FOTO
1992-1993-cü illərdə uğrunda onlarla igid oğlumuzun şəhid olduğu Ağdərənin Vəng (yaxud Vəngli-hazırda inzibati cəhətdən Kəlbəcər rayonuna aid edilib) kəndində Rusiyanın “Yunibank”ının filialı var.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Erməni jurnalistin Vəng kəndi haqda hazırladığı reportajda yalnız həmin bankın filialının binasının fotosu göstərilir. Və altında bu haqda qısa qeyd yazılıb. Hazırda İrəvanda da “Yunibank” fəaliyyət göstərir. Amma bank binasının girişində adının rusca da «ЮНИБАНК» yazılması bankın Rusiyanın eyniadlı bankının filialı olmasını deməyə də əsas verir.

Ümumiyyətlə, bu kənddə bir sıra yazıların, o cümlədən kafe və dükanların adlarının həm rus, həm ermənicə yazılması elə təəssürat yaradır ki, burada sovet hakimiyyəti yıxılmayıb, ya da bura Rusiyanın ermənilərin kompakt yaşadığı bir əyalətidir...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru