İran müharibəsi zamanı maraqlı bir hadisəyə şahidlik etdik. İllərdir Türkiyədə sorulan bir soruya yanıt gəldi.
19-03-2026, 15:18
Türkiyənin S-400 strategiyası düzgün addım idi ya səhv?
Son hadisələr bir daha göstərdi ki, NATO çərçivəsində qurulan hava hücumundan müdafiə sistemi texnoloji baxımdan daha etibarlı və sınaqdan çıxmışdır. Türkiyəyə İran istiqamətindən atıldığı bildirilən üç raketin Patriot hava hücumundan müdafiə sistemi vasitəsilə uğurla zərərsizləşdirilməsi bu üstünlüyü praktik şəkildə nümayiş etdirdi. Bu hadisə NATO standartlarının real döyüş şəraitində necə effektiv işlədiyini bir daha sübut etdi.
Digər tərəfdən, S-400 Triumf komplekslərinin Türkiyənin müdafiə sisteminə inteqrasiyası həm texniki, həm də siyasi problemlər yaratdı. Bu addım nəticəsində Türkiyə NATO-nun ortaq müdafiə arxitekturasından qismən uzaqlaşmış oldu. Xüsusilə də ABŞ Müdafiə Nazirliyi və digər müttəfiqlərlə münasibətlərdə gərginlik artdı.
Bunun ən ciddi nəticələrindən biri Türkiyənin F-35 Lightning II proqramından çıxarılması oldu. Halbuki bu təyyarələr Türkiyənin hava gücünü tamamilə yeni səviyyəyə qaldıra bilərdi. Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən S-400 qərarı bu baxımdan mübahisəli addım kimi qiymətləndirilir.
Nəticə olaraq, son hadisələr fonunda belə bir fikir formalaşır ki, Türkiyə üçün ən etibarlı təhlükəsizlik çərçivəsi yenə də NATO müttəfiqliyidir. Bu isə gələcəkdə hərbi-strateji qərarların daha diqqətlə və uzunmüddətli nəticələr nəzərə alınaraq verilməsinin vacibliyini göstərir.
Джавид Дамирли
TEREF

