Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir - VİDEO

Bu gün, 12:44           
Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir - VİDEO
Vətəndaş 100 kvadratmetr mənzil aldığını düşünsə də, sonradan faktiki sahənin daha az olduğu ortaya çıxır.

Xəzər TV xəbər verir ki, əsas narazılıq mənzillərin sahəsi hesablanarkən bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, mənzillərin sahəsinin hesablanması qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.

Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divarından hesablamaqla onu olduğundan artıq göstərirlər. Bu isə vətəndaşların maddi zərərə düşməsinə səbəb olur.

Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa, məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru