Balakəndə təhlükəsiz internet təlimləri keçirilib

Bu gün, 00:03           
Balakəndə təhlükəsiz internet təlimləri keçirilib
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.
Məqsəd müəllim və şagirdlər arasında internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn risklərdən qorunma sahəsində məlumatlılığın gücləndirilməsidir.
Layihə çərçivəsində növbəti təlim Balakən rayonu Qazma 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən iştirakçılara fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumat verilib.
Sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində qurulub. Təlimlərə, həmçinin Katex, Qazma, Hənifə və Mahamalar kənd tam orta məktəblərinin, Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin, İmaməddin Nəsimi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, eləcə də Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimləri qoşulublar.
Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib. Eyni zamanda Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə – Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərin müəllimləri üçün onlayn təlimlər təşkil olunub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru