Dubayda marketdən alınan "Bizim tarla"-nın çiyələk mürəbbəsindən qurd çıxdı
Bu gün, 00:03
3 ildir Dubayda yaşayıram, indiyədək aldığım heç bir məhsulun içindən qurd-quş çıxmayıb. Dünən marketdə "Bizim tarla"-nın çiyələk mürəbbəsini gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım. Amma ki, unutdum bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını... Bizim tarlaya bu sözlərimi çatdırın: Gedib Dubai Municipality-ə sizi şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, 100-200 K aed cərimə və 3 ay həbs! Bura Azərbaycan deyilə, qurdlu, təhlükəli əlinizə nə keçdi millətə satırsınız! Biraz vicdanla çalışın da! Ayıb olsun! Yeganə Həsənova www.Tacxeber.com