Mircəfər Bağırovun kobud və nadan əhatəsi narazılıq doğururdu.

Dünən, 16:14           
Mircəfər Bağırovun kobud və nadan əhatəsi narazılıq doğururdu.
Mircəfər Bağırovun kobud və nadan əhatəsi narazılıq doğururdu. Keçmişdə özünün tutduğu Azərbaycanın cəza orqanlarının rəhbəri postuna Bağırov həm özünə, həm də Beriyaya (Lavrenti Beriya, NKVD-nin sədri - O.M) yaxşı tanış olan Yuvenal Sumbatovu irəli çəkmişdi. Hətta öz tərcümeyi-halını belə müstəqil yaza bilməyən bu demək olar ki, savadsız adam (c. 4, v. 295), ən çox istintaq altındakı şəxsləri şəxsən döyməyi sevirdi. Sumbatov Bağırov üçün "öz adamı" idi və tez-tez onun evində olurdu (c. 4, v. 122).
Onun ağalığı və məişətindəki nümayışkaranə dəbdəbə narazılıq doğururdu. Qohumlarının davranışı da qıcıq yaradırdı. Bağırovun Qubada yaşayan bacısı uzun illər ərzində "sözün əsl mənasında rayonun rəhbər işçilərini terror edirdi" (c. 4, v. 253).
Bağırovda bir çox şey, o cümlədən onun fəaliyyət metodları narazılıq doğururdu. Yun tədarükü planını yerinə yetirmək lazım gələndə, o, bütün respublika üzrə "yastıqlardan, yorğanlardan və döşəklərdən yunin məcburi müsadirə edilməsini" həyata keçirdi; narazı olanlara isə dərhal "antisovet təbliğatı" ittihamı irəli sürülürdü (c. 5, v. 254).
Onun kadr metodları da qıcıq yaradırdı. Yerli rəhbərlərdən biri "pambıq yığımı planını batırdığına görə partiya Rayon Komitəsinin (RK) katibi vəzifəsindən azad edilmiş və Konservatoriyanın direktoru təyin olunmuşdu" (c. 5, v. 250).
Materiallar Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidməti) arxivindəndir
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru