Azərbaycanlı gəmi heyəti Türkiyədə aclıq aksiyası keçirir. Bizə şikayət edən vətəndaşlar deyirlər ki, gəmidə Azərbaycandan “4 qazi və 1 şəhid ailəsi” çalışır. “Nikolay Meşkov” gəmisi və heyət hazırda Türkiyədə, “Samsun Terme” limanındadır. Matros deyir ki, gəmi Palau bayrağı ilə üzür, Türkiyənin “Cunda Denizcilik” şirkətinə məxsusdur. Aclıq aksiyasından sonra aşpazın vəziyyəti pisləşdiyi üçün əraziyə təcili tibbi yardım maşını da çağırılıb. Heyət maaşların verilməsini tələb edir və deyirlər ki, şirkət bundan imtina edir. Heyət üzvlərinə Azərbaycana qayıtmaları deyilib.