Kölələr onları alçaldan, işgəncə verən ağalarına sadiq olduqları halda, onları sevən, azadlığa qovuşdurmağa çalışanlara qarşı amansız olurlar.

Dünən, 15:54           
Kölələr onları alçaldan, işgəncə verən ağalarına sadiq olduqları halda, onları sevən, azadlığa qovuşdurmağa çalışanlara qarşı amansız olurlar.
Dostoyevski on illik sürgün həyatından sonra "Ölü evdən qeydlər" əsərini yazır. Əsər yazıçının həbsxanadakı həyatını və təəssüratlarını əks etdirir.
Dostoyevski sürgün illərində, həbsxanada bir itdə insan münasibətlərini müşahidə edir.
Yazıçı, həbsxanada bir itin yanından keçən bütün məhkumların iti təpiklədiyini görür.
Əslində, burda qəribə olan isə itin bu əziyyətlər qarşısında məhkumlardan qaçmaması və yanına bir məhkum yaxınlaşanda əyilərək təpik zərbəsini gözləməsidir.
Dostoyevski itin yanına yaxınlaşaraq onun başını tumarlayır. Bu davranış it üçün o qədər qəribə və gözlənilməz şey idi ki, it ondan qaçıb uzaqlaşır və hürməyə başlayır.
Ən qəribəsi də onu təpikləyən məhkumlardan yox, onu tumarlayan Dostoyevskini görən kimi onun yanından sürətlə qaçar, ona hürərmiş.
İtin bu davranışının psixoloji səbəbi var.
Həyatları boyunca pis davranışlara məruz qalmış, pis davranışları adi hal kimi qəbul etmiş canlılar, yaxşı bir davranış ilə qarşılaşanda necə davranacaqlarını bilmirlər.
Bu itin ruhu kölələşmişdir.
Kölələr onları alçaldan, işgəncə verən ağalarına sadiq olduqları halda, onları sevən, azadlığa qovuşdurmağa çalışanlara qarşı amansız olurlar.
Yəqin ki, siz də "Dostoyevskinin iti" kimi olan insanlar görmüsünüz
Zakir Osmanov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru