Dəmir Mayk karyerasının ən pik nöqtəsində olduğu dönəmdə Baster Duqlasla rinqə çıxır.

Bu gün, 07:04           
Dəmir Mayk karyerasının ən pik nöqtəsində olduğu dönəmdə Baster Duqlasla rinqə çıxır.
Möhkəm bir zərbə və Baster Duqlas yerə sərili vəziyyətdədir. Son saniyələr: 3, 2, 1...
Duqlas ayağa qalxır və qonq səsi onu məğlubiyyətdən xilas edir.
Döyüş yenidən başlayır. Yenə də əvəzedilməz Tayson onu yerə uzadır. Son saniyələr... Baster Duqlas ayaq üstədir.
Və sonra dünyanın bütün boks həvəskarları şok olurlar. Baster Taysonu nakautla məğlub etmişdi.
Baster Duqlas: "Burada qəribə və təəccüblü görünəcək bir şey yoxdur. Sadəcə mənim qalib olma səbəbim Taysonun yumruqlarından daha güclü idi. Anam ölməzdən əvvəl ondan müsahibə alan jurnalistlər vasitəsilə bütün dünyaya bildirmişdi ki, "mənim oğlum Mayk Taysonu nakaut edəcək".
Anam döyüşdən iki gün əvvəl dünyasını dəyişdi. Ya mən məğlub olub, anamla birgə ölməli idim, ya da qalib gələrək anamı yaşatmalı idim. Bu səbəb məni qalib etdi."
Səbəbiniz nə qədər güclü olsa, uğurlarınız da bir o qədər çox olacaqdır.
İroniya Gülüş obası












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru