Hökməlidə 20 ailə üç aydır susuz qalıb: "Sayğac fırlanır, amma su gəlmir" - VİDEO

Dünən, 15:18           
Hökməlidə 20 ailə üç aydır susuz qalıb: "Sayğac fırlanır, amma su gəlmir" - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Hökməli qəsəbəsində yaşayan sakinlərin aylardır su problemindən əziyyət çəkdiyi məlum olub.

Ərazidə yaşayan 20 ailənin sözlərinə görə, artıq üç aydır evlərinə su verilmir. Sakinlər bildiriblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib.


Onların sözlərinə görə, aidiyyəti qurum problemin həlli əvəzinə 20 ailədən yalnız ikisinə bir dəfə 2 ton həcmində su verib. Bundan sonra isə vətəndaşların müraciətlərinə cavab verilməyib.

Sakinlərdən biri vəziyyəti belə ifadə edib:

"Üç aydan çoxdur su gəlmir. Ancaq maşınla su alırıq. Gedib şikayət etmişik, bizi yola verirlər. Su istifadə etmirəm, amma sayğac fırlanır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru