ABŞ-a kölələr hardan gətirilib?

16-08-2026, 00:09           
ABŞ-a kölələr hardan gətirilib?
Qərb yarımkürəsindəki köləlik həyatı yaşayan afrikalıların əksəriyyətinin mənşəyini müəyyən etmək üçün ABŞ-da genişmiqyaslı DNT tədqiqatı aparılıb. Bu barədə "The New York Times" qəzeti "American Journal of Human Genetics" qəzetindəki bir nəşrə istinadən məlumat yayıb.

Məlum olub ki, kölələrin əksəriyyəti ABŞ-a indiki Nigeriya ərazisindən gətirilib. Tarixçilər arxiv sənədlərini araşdıraraq oradan kölələrin əvvəlcə Karib adalarına səyahət etdiyi və daha sonra ABŞ-a göndərildiyi qənaətinə gəliblər. Alimlər həmçinin kölələrin əhəmiyyətli bir hissəsinin genetik olaraq indiki Benin, Seneqal və Qambiya bölgələrinin sakinləri ilə qohum olduqlarını təsdiqləyiblər.

Tədqiqat kölələrin əksəriyyətinin kişi olması nəzəriyyəsini təkzib edib. Alimlərin tapıntılarına görə, Afrikadan Amerikaya gətirilən qadın kölələrin sayı kişi kölələrdən 1,5 dəfə çox olub. Bundan əlavə, köləlik dövründə Britaniya İmperiyasına məxsus olan Karib arxipelaqının ərazilərində idxal edilən kişi kölələrdən 25 dəfə çox afrikalı qadın var idi.
Таир Азадов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru