Dünyanın məşhur çimərliklərində HƏYƏCAN TƏBİLİ: Zəhərli bakteriyalar aşkarlandı

16-08-2026, 12:34           
Dünyanın məşhur çimərliklərində HƏYƏCAN TƏBİLİ: Zəhərli bakteriyalar aşkarlandı
Baltik dənizinin bəzi çimərliklərində zəhərli sianobakteriyalar aşkarlanıb və həkimlər çimənləri ehtiyatlı olmağa çağırırlar.

"Euronews" xəbər verir ki, uzunmüddətli isti hava səbəbindən Baltik dənizində yosun yığınları getdikcə daha tez-tez əmələ gəlir.

Günəşli havanın çoxluğu və suyun yüksək temperaturu onların intensiv şəkildə çoxalmasına şərait yaradır.

Varnemündenin (Almaniya) qərbində Baltik dənizində yosunlardan ibarət "xalça" ilə bağlı aparılan tədqiqatlar toksin əmələ gətirən sianobakteriyaların (göy-yaşıl yosunların) mövcudluğunu təsdiqləyib.

Buna görə də yerli səhiyyə idarəsi bu sularda çimməkdən çəkinməyi tövsiyə edir. Göy-yaşıl yosunların dəri ilə təması şişkinliyə, qıcıqlanmaya və ya allergik reaksiyalara səbəb ola bilər. Ağır hallarda qusma və mədə-bağırsaq xəstəliklərinin yaranması mümkündür.

Həkimlər uşaqlarla və itlərlə bağlı xüsusi ehtiyatlı olmağa çağırırlar. İtlərin də bu suyu içməsinə icazə verilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru