Bakıda bu marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ

16-08-2026, 00:13           
Bakıda bu marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
2 nömrəli marşrut:
"Dərnəgül" m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;
Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.
10 nömrəli marşrut:
Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.
20 nömrəli marşrut:
Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.
88A nömrəli marşrut:
Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;
"Azadlıq prospekti" m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru