İdmançıları daşıyan komanda avtobusu dərəyə aşdı - 2 nəfər ölüb, 15 yaralı var - FOTOLAR
1-12-2019, 22:09
Türkiyənin Ordu şəhərindən Yozqat şəhərinə yarışa gedən Ordu Gənclərbirliyi qadın həndbol komandasını daşıyan avtobus Yozqatın Aydıncık qəbəsəsində qəzaya uğrayıb. İkinci liqada mübarizə aparan komandanın avtobusu dərə yatağına aşıb.
Teref.az oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar Çəkərək və Sorqundakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların şəxsiyyəti hələlik.