SOCAR Qİ idarəsi Astara Mağistral Qaz Kəmərlər Sahəsinin Göytəpə Xİİ də at izi it izinə qarışıb- Araşdırmaya ehtiyac var
10-06-2026, 00:00

Şikayət.
Araşdırılmasına dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur!
Yazılanlar öz təsdiqini tapdığı halda, SOCAR Qaz İxrac idarəsi Astara Mağistral Qaz Kəmərlər Sahəsinin Göytəpə Xətt İstismar Xidmətinin məsul şəxsləri tərəfindən Azərbaycan Əmək Məcəlləsinin qeyd olunan maddələri pozulmuş olur:
Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi
Və onlar Azərbaycan Respublikası Əmək Məc-nin 310-cu maddəsinə əsasən məsuliyyət daşıyırlar.
SOCAR Qaz İxrac idarəsi Astara Mağistral Qaz Kəmərlər Sahəsinin Göytəpə Xətt İstismar Xidmətində sürücü işləyən Elvin Səfərov yazır;
15 ildi sürücü işləyirəm. İşlədiyim sahədə sahə rəisinin müavini Şərafət Əsədullayev tərəfindən hüquqlarım mütamadi pozulur. Haqqımı tələb edəndə isə boşdayanma, artıq iş saatları kəsilir. İş saatından dəfələrlə artıq işlədirlər. Səhər 5:00- dən axşam 22:00 kimi işlədirlər. bir nəçə dəfə haqqımı tələb etdikdə məni sifarişimi ləğv edəcəyi ilə hədələyib. Hal hazırda 5 aydı mənim sifarişimi leğv ediblər. İşçilərə də məni nümunə göstərib deyir ki,- .kim haqqını tələb etsə Elvin kimi boşdayanmada qalacaq. Bunların hamısını edən isə sahə rəisinin müavini Şərafət Əsədullayevdir . İdarədə xətt baxıcıları aylarla işə gəlmirlər. Şirkətdən yoxlama gələndə isə zəng edib onları işə çağırırlar. Bir dəfə şirkətdən İlkin adlı bir şəxs ezamiyyətə gəldi xətt baxıcılarının ərazisində oldu, şəxsi telfonu ilə çəkiliş də apardı , heç bir xətt baxıcısının iş yerində olmaması sübut olundu. Lakin hələ də ,bu günə kimi işdə olmayan 4(dörd) xətt baxıcısı barəsində heç bir tədbir görülməyib. Bəzi xətt baxıcılarının maaş kartları Şərafət Əsədullayevin cibində olur. Eşitdiyimə görə yoxlama gələndə kartları qaytarıb deyib ki ,kim soruşsa deyin kartlar özümüzde olur. Xidməti maşınları öz şəxsi işləri üçün istifadə edirlər. Təkcə keçən ay özünə və sürücüsünə saxta ezamiyyələr yazdırıb,ancaq heç birində olmayıb. Saxta ezamiyyətlərə Göytəpə Xətt İstismar Xidmətinin rəisi Xəqani Nuraliyev möhür vurur. Kim onlara yaltaqlıq edirsə ona saxta ezamiyyətlər yazılır, . Kim ki, mənim kimi haqqını tələb edirsə boş dayanmada qalır.
Nədənsə idarənin rəhbəri Rövşən Mehdiyev bu işləri görür və susur !
Mirvari Gahramanli
TEREF

