Kreml-Putin siyasətinin itkili minuslari...
9-06-2026, 12:06

Kremlin Ermənistanı seçki və Kürapetyan adlı hakimiyyət vasitəsi ilə ələ keçirmək planı iflas oldu, çox bərk uduzdu. Bununla, Putin Rusiyası siyasətinin 2000-dən bu yana zərərləri və aldığı zərbələrə, itkilərinə, minuslara baxaq.
▪️Finlandiya və İsveç uzun onilliklərdi neytral və Rusiya ilə münasibətdə idi, Ukraynaya işğal hücumundan sonra hər ikisi NATO-da--minus.
▪️Polşa və Baltikyanı ölkələr Moskvaya qarşı sərtləşir, nüvə silahları yerləşdirilməsi barədə danışıqlar aparırlar--minus
▪️Türkiyəyə qarşı vaxtilə Suriya məsələsində addımla bağlı, bu dəfə Türkiyə təsiri ilə Suriya əldən çıxdı--minus
▪️Azərbaycan əsaslı inciyib soyudu--minus
▪️Monteneqro NATO-ya daha əvvəl qoşuldu, korrupsiyayaçı Rusiya diplomatlarını qovdu və Rusiyaya viza tətbiqli soyuqluq--minus
▪️Şimali Makedoniya da NATO-ya qoşulur, soyuqluq--minus
▪️Serbiya slavyan ölkəsi Rusiyaya yox deyib, iqtisadi diqqəti Çinə yönəltdi, soyuqluq--minus
▪️Macarıstan, Orban əldən çıxdı--minus
▪️MDB ölkəsi Moldova əldən çıxdı--minus
▪️MDB ölkəsi Ermənistan əldən çıxdı--minus
Hər şey nədən başladı? Ən yaxın qonşuları, iqtisadi tərəfdaşları, ən təbii, sərhədsiz və hansısa şərtsiz əlaqələri olan, öz xristian qonşuları Gürcüstan və Ukraynaya haqsız, aqressiv və mənasız qəsbkar hücumdan.
Hər şey nədə qurtaracaq? Belə siyasət, bu hegemonluq, təxribat, işğal siyasəti davam etdiriilsə, minuslar Mərkəzi Asiyaya keçib də təklənmə davam edib, sonu acınacaqlı çöküş və Federasiyanın bir anda dağılması ola bilər.
Hər şey necə ola bilərdi? Ancaq ki, 26 il əvvəl yeni Putinin gözəl şansları vardı ki, bolşevizm imperiyası, tarixin təkərin geri döndərmək kimi ambisiyalardan, qonşulara hücum və təzyiq üsulu ilə SSSR-i qurma xülyasından əl çəkib, qonşu Çin neytrallığı və iqtisadi inkişaf yolunu seçsin. Və Putin bu gün, tam başqa Rusiyaya və başqa da hörmətə malik idi dünyada.
Putin çox yəqin ki, Çinə səfərdə onun yüksək inkişafını görüb köks ötürür. Nə idi ona mane olan? Daxili, təbiətinin yanlışları, öz xəbisliyi!
Ilqar Altay
TEREF

