Türk-Yunan müharibəsi, Troya 3200 il öncə.
9-06-2026, 17:34

Troya müharibəsi — əfsanəyə görə, e.ə 1193–1183-cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş vermişdir. Yunan mifologiyasına əsasən Homerin eposunun yazılmasına qədər baş vermiş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Troya şəhərində vətəndaş müharibəsi zamanı afinalılar troyalıları məğlub etmiş və onları özlərinə tam tabe etmək üçün torpaqlarını duzlamışdır. Bununla da şəhərdə aclıq səfalət hökm sürmüşdür.
Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə. VIII əsrdə Homer özünün dahi "İliada" əsərində Troya müharibəsini geniş və məzmunlu tərənnüm etmişdir. Hələ yüz il bundan qabaq yunan mifologiyasının bir parçası olan Troya müharibəsi və ya Troya şəhəri xalis fantaziya məhsulu sayılsa da 1871-ci ildə arxeoloji möcüzə baş verir. Arxeoloq Henrix Şliman indiki Türkiyənin Hisarlıq bölgəsində qazıntılar apararaq Troya qalıqlarını aşkar etmişdir.
Bütün yazılı və əski eskizli (şəkilli) yazıların tədqiqi göstərir ki, şimali Balkandan indiki Yunanıstana və xüsusilə Türkiyəyə hüçum çəkmiş yunan tayfaları ilə müharibə aparan yerli - aborigen xalq Türk olub.
HOMERİN bu müharibə barədə yazdığı İLİADA adlı əsəri yunanın qələbəsindən sonra originallıqdan çıxarılaraq tamamilə mifləşdirilib, adlar, hadisələr dəyişdirilib, hər şey yunanlaşdırılıb.
Trosiya, Trusiya, Taruişa-Troyanın müxtəlif mənbələrdə adları:
Tiras-Skandinaviya mənbəsində trak və türklər:
Tiras, başqa variantı Turis-xəzər mənbəsində türklər:
Tirsen-etruskların yunanca etnik adı:
Turuska-qədim türklərin sanskrit dilində etnik adı:
Tursili-erməni mənbəsində turanlılar:
Turşa-qədim Misir yazılarında troyalıların etnik adı:
Trausi, Thrake-trakların etnik adları və s.
Son yüz ildə nəşr olunan ensiklopediyalara inansaq, Troya hökmdarının adı Priam olmuşdur. Əslində isə onun adı və ya nəslinin adı Piram idi. Esxilin İliada eposunun köhnə nəşrlərində hökmdarın adı Priam kimi yox, Piram kimi yazıya alınmışdır. Vilhelm Vaqner Qədim Ellada əsərinin 1901-ci il nəşrində yazır ki, arxeoloqlar İlion şəhərində zərb edilən qızıl sikkələr tapıblar. O sikkələrin üzərində çarın adı Piram kimi yazılıb. Piram yalnız qədim Ön Asiyada bir hökmdarın adı deyildir. Anadoluda, Aralıq dənizinin şərq sahillərində yunanlardan qabaq yaşayan elitar bir Türk nəsilinin adıdır. O nəsil ki, qədim Ön Asiyanın mixiyazılı mətnlərində adı Priam, Priamos yox, Pir və Piram formalarında yazıya alınmışdır. Nə qədər ki, onlar məbədlərdə kahin idilər, türkcə Pir titulu daşıyırdılar. Hakimiyyətə gələndən sonra Piram titulu alırdılar. M.Maspero 1911-ci ildə nəşr olunan Древний Восток əsərində yazır ki, Piram alpları Troyanın süqutundan sonra cənuba köçüb uzun zaman Kiçik Asiya ilə Suriyanın arasında yaşadılar. Uzun illər yunanlarla, 7 il romalılarla vuruşdular, ancaq sonda məğlub olub yurdlarından didərgin düşdülər. Roma dövrünün ilk illərində yaşamış Sili İtalik Punika eposunda yazır ki, Pir və Piram titullu troyalılar 307-ci ilin sonlarına qədər Epiri yunanlardan qorudular. Arxeoloqlar İlion şəhərinin xarabalığından saxsı küplər tapıblar.
Üstündə qadın təsvirləri olan küplərin içindəTroya xaqanı Piramln xəzinəsi saxlanırdı. Xəzinədəki qızıl sikkələrin üstünə Priam yox, Piram yazılıb. Şəkildə həmin küplərin bir neçəsini görürsünüz. Üstündə qadın təsvirləri olan o küplər bardaq adlanırdı. Totemi bardaq olan prototürklərin şəhərləri, kəndləri Publi Maron Vergilinin Eneida və Sili İtalikin Punika əsərində Parteqonia adlanır. Parteqonia totemi bardaq, yəni qadın olan xalqın yurdu deməkdir. Bardaq Bərdə adının qədim formasıdır. Ərəb işğalına qədər Qarabağdakı Bərdə şəhəri də Bərdək, yəni bardaq adlanırdı. Matriarxat dövrünün yadigarı olan o bardaqların bir neçəsinin üstündə Troyanın ana ilahəsinin təsviri vardır. Təsvirin altına yunanca Artemida, Afrodita yox, Türkcə Bay Ana yazılmışdır. Troyanın müdrikləri Pir, hökmdarları Piram, ana ilahələri Bay Ana, alp igidləri Durna, kahin qızları Sevil, müdrik peyğəmbərləri Kalkan, yəni qalxan adlanırdısa, gəlin AMEA olaraq qardaş Türkiyənin Dil və Tarix Qurumları ilə birlikdə uluslararası elmi konfranslar keçirək, Avropa tarixçilərinin iddialarını alt-üst edib Troya mədəniyyətinə varislik iddialarımızı gündəmə gətirək.
İtaliyada düşmənlərlə vuruşanda Troya sakinlərindən yalnız Eney onlarla birləşmək istəmirdi. Çünki o, öz soydaşlarından üz döndərib Latının qızı Lavinanı almış, Troya nəsillərinə qənim kəsilmişdi. Öz soydaşlarını satıb yad qızının tumanı altına girdiyinə görə Durna Eneyi Aziya satqını adlandırır, onunla vuruşurdu. İlk döyüşdə Durna Eneyi yaraladı, ancaq Eney sağalandan sonra pusqu qurub arxadan nizə ilə vurdu, özünün keçmiş silahdaşını - Durnanı öldürdü. Nəticədə cənub-qərbi Avropa latınların, frankların, daha sonra romalıların əlinə keçdi. Latınlar İtaliyada saldığımız Durna və Alban şəhərlərini yerlə-yeksan etdilər. Alban gölünə Alba lonqa adı verdilər. Bir az cənubdakı Bərdə şəhərinin adını dəyişib Neopol elədilər. Alp dağlarının ətəyindəki Ak Sona çayını Soana adlandırdılar. Korsikadan bir qədər şimaldakı Şuşa şəhərimizə Sequziya dedilər. Bu gün AMEA-nın Dilçilik İnstitutunda Azərbaycanlı adı altında gizlənib tarixi toponimiyamızı İran dillərinə bağlayan alimi-danaları gördükcə Alpər Durna ilə satqın Eneyin döyüşləri yadıma düşür. Mən bu sözlərlə günahsız buzovları, danaları təhqir eləmək istəmirəm. Dana erməni keşişlərin dodağından öpən fars mollaların dilində alim deməkdir.( İlhami Cəfərsoy,Tarixçi Alim.)
Snorri Sturluson Kiçik Edda (1225ildə) əsərini Skandinav saqaları əsasında yazmış, Avropanın quzeyinə as boyunun Troyadan gəlməsini özəllikə vurğulamışdır. Yazar əsərində Troya ilə bağlı bu deyimləri işlədir:
"Troya türk ölkəsidir. Türklərin olkəsini tərk edib, Avropaya gələn aslar buraya türk gələnəkləri gətirdi və burada türk törələri tətbiq olundu"
Dünyaşöhrətli norveçli alim Thur Heyerdal bu asların məhz azər eliAzərbaycandan Norveçə getdiyini dəfələrlə gündəmə gətirmişdir.
Saqaların birində "Qafqaz" adı Kapaqus (oğuz qapısı?) Şəklində keçir.
Müasir genetika, geneologiya terminlərinin kö-kündə dayanan «soy» anlamlı genos (yunan), gens (latın) sözü «qadın» anlamı ilə bağlıdır. Olsun ki, qədim türkcənin kün (xalq) sözünə bənzəsə də, german dillərin dəki künne, kuni (qotlarda), kona/kuna (qədim skandinavlarda) formalarıda *gen kökü ilə bağlıdır və «başçı» anlamlı köniq sözü də bu yuvaya girir. Homerin əsərində (İliada, XIII, 4-5) «hippopolōn Threikōn» (Treik atlı döyüşçüləri) və «Musōn t’a(n)gkhemakhōn kai aqauōn hippēmolgōn qlaktophagōn abiōn te, dikaiotatōn antrōpōn» (mahir əlbəyaxa misi döyüşçüləri və madyan sağan cəsur südiçənlər, ən ədalətli yoxsullar) deyimləri haqlı olaraq, thrak (frak) və kımız içən skith-kimmer boyları ilə izah olunur.
Lakin thrak etnoniminin burada threik forması da açıq göstərir ki, Trakiya ölkəsinin adı «türk» sözü ilə bağlı yaranmışdır. Belə ki, İeronim (LQ, col. 1000) və İsidorun «Etimologiya» əsərini az-acıq fərqlə təkrar edən Skandinav abidələrində Yafəsin 7 oğlu belə sıralanır:
"Gomer, Maqoq, Madai, İuban, Tubal, Masok, Tirak (ДГС, 1986, 93-95, 134). "
Buradakı Qomer qamər boyadını, Tirak (və Tiras variantı) isə Trakiya adını ortaya çıxarmışdır. Homer ikinci əsərində (Odisseya, XI, 14) isə «entha de kheimeriōn (Kimmeriōn) andrōn dēmos te polis te, ēeri kai nephelēi kekalummenoi; oude pot’autous Ēelios phaethōn kataderketai aktinessin…» (Orada keimeri xalqının çən-dumana bürünmüş şəhərləri vardı və heç vaxt parlaq Günəş öz şüaları ilə bura boylanmırdı) şəklindəverdiyi bu parçada etnonim kimmer formasında deyil, keimer formasındadır (Дьяконов,1956, 229); Bu əsəri azər türkcəsinə çevirən Ə. Ziyatay həmin adı kommeri şəklindəvermişdir. (Ùîìåð, 1977, 147).
Firudin Ağasıoğlu,Tarixçi Alim.
Lemni yazısı
Ege dənizində Türkiyə ilə Yunanıstan arasında olan Lemni (Lemnos) adası vaxtilə Troya sınırına yaxın idi. Homerə görə, bu adada yaşayanlar Troya savaşında troyalılara yardım etmişlər. Antik çağ yazarları da geyd edir ki, burada yunanlardan öncə pelasg boyları yaşamışlar. Yunanıstan, Anadolu və Balkanlardan vaxtaşırı gələn işğalçı orduların basqısına, dəniz guldurlarının yağmasına uğrasa da, Lemni adası gədim Aralıq dənizinin ətrafına yayılmış mədəniyət mühitində inkişaf etmişdir. Adadan tapılan kiçik yazı örnəkləri göstərir ki, burada m.ö. I minilin ortalarına gədər türk abecesilə eyni mənşəli olan etrusk yazısına yaxın özəl bir yazı türündən istifadə olunmuşdur, bunu lemni abecesi də adlandırmaq olar. (Firudin Cəlilov, Tarixci Alim)
Təvəkgül Nəbioğlu
TEREF




