Ermənistanla sərhədlər açılır? - AÇIQLAMA

10-06-2026, 00:10           
Ermənistanla sərhədlər açılır? - AÇIQLAMA
Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması üçün dəqiq tarix yoxdur, sonrakı addımlar iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin gedişatından asılı olacaq.

Redaktorı.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindən RİA Novosti-yə (Rusiya) bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin sözlərinə görə, Ankara və İrəvan may ayının ortalarında ölkələr arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıblar.

Qeyd edilib ki, hazırkı mərhələdə sərhədlərin açılma tarixi müəyyən edilməyib və prosesin dinamikası ikitərəfli dialoqun inkişafından asılı olacaq.

Həmçinin Ankara konstruktiv danışıqların davam etdirilməsini gözləyir: “Bu, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru